İki yaşlı uşağı zorakılıqla qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

17 İyul 2013 14:15 (UTC+04:00)

Şirvan Apellyasiya Məhkəməsində iki yaşlı  uşağı qətlə yetirməkdə təqsirləndirilən Masallı rayon sakini Ramil İsrafilovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

 

Mövqe.az-ın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Masallı rayonunun Lürən kənd sakini R. İsrafilov  yaxın qohumu və qonşusunun 2 yaşlı qızı Nuray Ağayeva ilə cinsi əlaqədə olub. Daha sonra qızı boğaraq qətlə yetirib. O, qızı qətlə yetirəndən sonra "Viləşçay" su kanalına atıb. Hadisədən iki saat sonra kənd sakinləri azyaşlı qızı "Viləşçay" kanalının kənddən keçən ərazisindəki çöllükdə aşkarlayıblar.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. İsrafilov 10 il müddətinə azadlıqdan məhrum edilib.