Şakiranın klipində çəkiləcək azərbaycanlı aktyor

17 İyul 2013 15:07 (UTC+04:00)

Aktyor Anar Heybətov yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.


Mövqe.az-ın məlumatına görə, aktyor "Onlar" verilişinə yaxın günlərdə dünya ulduzu Şakiranın klipində rol alacağını deyib. 


O, hətta qarşı tərəflə aralarında telefon danışığı olduğunu bildirib:

"Düzdür, dillərini tam başa düşmürdüm, amma kliplə bağlı olduğunu anladım. Əgər alınarsa, böyük məmnuniyyətlə çəkiləcəm".

Aktyor həmçinin vurğulayıb ki, yaxın günlərdə yeni tamaşasını təqdim edəcək:

"Hazırda "Şah Qacar" adlı tamaşa üzərində çalışıram. Burada Şah Qacarın qardaşı Cəfərqulu xanı oynayıram. Maraqlı tamaşadır, yaxın günlərdə onu təhvil verəcəyik".