Dibala “Yuventus”la yeni müqavilə imzalayacaq

19 May 2020 08:36 (UTC+04:00)
İtaliyanın "Yuventus" futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə beş illik yeni müqavilə imzalayacaq. "Report" xəbər verir ki, bu barədə "Football Italia" portalı məlumat yayıb. Portalın bildirdiyinə görə, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna əsasən hücumçunun əmək haqqı da artırılacaq. Belə ki, 30 iyun 2022-ci ilə qədər Dibala ildə 7,5 milyon avro alacaq. Bu mövsüm 26 yaşlı argentinalı "Yuventus"da 34 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Xatırladaq ki, 2015-ci ildən bəri Turin klubunda oynayan Dibala əvvəllər İtaliyanın "Palermo" və Argentinanın "Instituto AS" klublarında çıxış edib.