İngiltərə Premyer Liqasında növbəti mövsüm də tamaşaçısız keçirilə bilər

19 May 2020 15:00 (UTC+04:00)
İngiltərə Premyer Liqasının növbəti mövsümü də tamaşaçısız keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın tibb məsələləri üzrə müşaviri Mark Jillett açıqlayıb. O bildirib ki, koronavirus pandemiyası üzündən təkcə cari mövsümün qalan hissəsi deyil, növbəti çempionatı da boş tribunalar önündə keçiriləcəyi gözlənilir: "Aşkar bəllidir ki, 6-12 ay ərzində vəziyyət düzəlməyəcək. İnsanların başa düşməsi vacibdir ki, dəyişiklikləri qəbul etməlidir". Qeyd edək ki, Premyer Liqanın iyunun ikinci ongünlüyündə başlayacağı planlaşdırılır.