AZAL: 188 Azərbaycan vətəndaşı çarter reysi ilə Berlindən Bakıya gətirilib (FOTO)

19 May 2020 21:47 (UTC+04:00)
Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı çatdırılıb. Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib. Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.