Magistraturaya ixtisas seçimi bu tarixdə aparılacaq

20 May 2020 14:33 (UTC+04:00)

Magistraturaya ixtisas seçimi iyulun sonu-avqustda aparılacaq.

Mövqe.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.

Onun sözlərinə görə, hazırda magistraturaya ixtisas seçiminin aparılması ilə bağlı ali təhsil müəssisələri ilə də danışıqlar aparılır. Bu barədə yaxın günlərdə açıqlama veriləcək.

 

DİM rəsmisi qeyd edib ki, bu il ali məktəblərə qəbul imtahanı bir dəfə keçiriləcək.