DOST mərkəzləri üçün avtomobillər alınıb

20 May 2020 18:00 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC 2 və 3 saylı Bakı DOST Mərkəzlərinin fəaliyyətinin vaxtlı-vaxtında icra edilməsi üçün avtomobil nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Mövqe.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərmaş" MMC-dir.

Qalib şirkətə 31,4 min manat ödəniləcək.