Milan-ın baş məşqçi postuna yeni namizəd

20 May 2020 23:25 (UTC+04:00)

PSV-nin keçmiş baş məşqçisi Mark van Bommel İtaliyaya keçə bilər.

Goal.az Calciomercato-ya istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Milan-ın sükanı arxasına keçə bilər. Van Bommelin artıq Milan rəhbərliyi ilə ilkin danışıqlar apardığı deyilir.

Qeyd edək ki, van Bommel 2011-2012-ci illərdə Milan-da çıxış edib.