Chelsea iki oyunçusu ilə müqaviləni uzatdı

21 May 2020 12:10 (UTC+04:00)

Chelsea iki oyunçusu ilə yeni müqavilə bağlayıb.

Goal.az xəbər verir ki, bunlar qapıçı Villi Kabalyero və hücumçu Olivye Jirudur. Argentinalı qolkiper və fransalı hücumçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb.

Kabalyero Chelsea-yə 2017-ci ilin yayında Manchester City-dən azad agent statusu ilə keçib. Bu mövsüm 38 yaşlı qapıçı Premyer Liqada 4 matça çıxıb və 7 top buraxıb. Jiru isə "zadəganlar"ın heyətinə 2018-ci ilin yanvarında Arsenal-dan qoşulub. Transfer məbləği 17 milyon avro təşkil edib. 33 yaşlı forvard cari çempionatda 9 oyuna 2 qol vurub. (report)