İlham Əliyev Vladimir Putinə başsağlığı verib

17 İyul 2013 17:54 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.


"Hörmətli Vladimir Vladimiroviç, Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram", İlham Əliyev məktubda qeyd edib.