Energetika nazirinin müavini dəyişib

21 May 2020 14:32 (UTC+04:00)

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Mövqe.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.