Xalq artistinə yüksək vəzifə verildi

21 May 2020 21:23 (UTC+04:00)

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini - mahnı ansamblının rəisi təyin edilib.

Mövqe.az Oxu.az-a istinadən xəbər verir ki, F.Hacıyeva sənətinə verilən qiymətə görə minnətdarlığını bildirib.

"Bu təyinata görə, Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sənət insanlarına verilən qiymət bizim üçün olduqca önəmli və dəyərlidir”, - deyə xalq artisti bildirib.