İtaliya prezidenti: "Beynəlxaq ictimaiyyət Qarabağ münaqişəsinin həllində maraqlıdır"
13 May 2012 13:00 (UTC+04:00)
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həll edilməsi dünya ictimaiyyətinin starteji marağındadır. Belə ki,
bu regionda yeni imkanlar aça bilər". İtaliya prezidenti Corcio
Napolitano belə düşünür.
"Münaqişənin həlli yeni iqtisadi imkanlar
yaradaraq bütün Cənubi Qafqaz regionunda stabilliyə səbəb olacaq və
gənc nəsil üçün daha yaxşı gələcəyə zəmanət verəcək", - deyə o "The
Business Year" jurnalına xüsusi müsahibəsində
bildirib.Müsahibəsində o, həmçinin Dağlıq Qarabağ münaqişəsində
status-kvonunda qəbuledilməzliyini təsdiqləyib.
İtaliya prezidenti hər iki tərəfin münaqişənin
diplomatik, sülh yolu ilə həlli yollarını axtarmaq öhdəliklərini
alqışlayıb və baza prinsipləri əsasında razılıq əldə etməyə
cəhdləri davam etdirməyə çağırıb.
Corcio Napolitano həmçinin regionda sülh və
stabilliyin əldə olunması üçün Avropa Birliyinin effektiv roluna
inandığını da qeyd edib.