Gömrükçülər tütün məmulatları aşkarlayıb

22 May 2020 13:45 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə Mövqe.az DGK-ya istinadən məlumat verir.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan döşəyin altında, tavan hissəsində 88 ədəd 125 qramlıq "Musthave" markalı qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.