Tibb işçiləri arasında 681 nəfər koronavirusa yoluxub

22 May 2020 17:12 (UTC+04:00)

Tibb işçiləri arasında 681 nəfər koronavirusa yoluxub. Bu ümumi yoluxma hallarının 18 faizini təşkil edir.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, əksəriyyəti kiçik və orta tibb işçiləridir. 4 həkim vəfat edib:

"Baku Cteel Company şirkətində 86 nəfərdə, Sumqayıt filialında isə 12 nəfərdə yeni koronavirusa yoluxma halı qeydə alınıb. TƏBİB-in səyləri nəticəsində oradakı stabil göstəriciyə nəzarət etmək mümkün olub"