Başqa dövlətin vətəndaşlığını qəbul edənlərin - Diqqətinə

22 May 2020 20:46 (UTC+04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun barədə açıqlama verib.

Mövqe.az xəbər verir ki, dəyişikliyə əsasən, başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının 1 ay müddətində bu barədə məlumat verməməsi artıq cinayət məsuliyyətinə səbəb olmayacaq:

"Bu şəxslər 1 aylıq müddətin keçməsinə baxmayaraq artıq heç bir əlavə narahatlıq olmadan məlumat verə bilərlər. Məlumat Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə elektron qaydada göndərilə bilər".