Xətaidə iki avtomobil toqquşdu, xəsarət alan var

22 May 2020 23:43 (UTC+04:00)

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Qəza nəticəsində 1966-cı il təvəllüdlü Elçin Ramiz oğlu Qurbanov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.