18 İyul 2013 11:17 (UTC+04:00)

Qubada bıçaqlanma hadisəsi baş verib. 

Mövqe.az xəbər verir ki, hadisə rayonun Tülər kəndində qeydə alınıb. Kənd sakini 30 yaşlı Mürvət Məhsimov şəxsi münaqişə zəminində qaynı 23 yaşlı Mətləb Məhsimova bıçaqla xəsarət yetirib. Yaralı dərhal Quba MRX-na çatdırılıb. Qarın nahiyəsindən bir bıçaq zərbəsi alan Mətləb Məhsimovun vəziyyətinin ağır olduğu bildirilir.


Qohumlarının bildirdiyinə görə, hadisəyə  Mürvət Məhsimovun həyat yoldaşını döyməsi səbəb olub. Bu zaman köməyə gələn Mətləb Məhsimovla yeznəsi arasında mübahisə düşüb. Bu mübahisə isə qanlı sonluqla nəticələnib.


Qaynını bıçaqlamaqda təqsirli bilinən Mürvət Məhsimov Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.