Pandemiya ilə mübarizədə vətəndaşlarımız dayanıqlı mövqe nümayiş etdirir

23 May 2020 15:36 (UTC+04:00)

XXI əsrdə dünyanın baş bəlasına çevrilən təhlükəli koronovirus (COVİD-19) ölkəmizdən də yan keçmədi. Pandemiyanın qəfil meydana çıxması dünya düzənində xaos vəziyyəti yaratdı və dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoydu. Dünya dövlətlər kimi Azərbaycan Respublikası da öz vətəndaşlarının sosial rifahını və ən vacib olan sağlamlığını qormaq üçün xüsusi karantin rejiminə keçdi.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çağrışı ilə bütün icra strukturları vətəndaşlarla həmrəy olaraq qabqlayıcı tədbirlər həyata keçirdi. Heydər Əliyev fondu tərəfindən aztəminatlı ailələrə maddi və ərzaq yardımı paylanılmağa başlanıldı. Aprelin 17-dən 600 min insana iki ay ərzində 190 manat birdəfəlik vəsait verilməsi günəmuzd işləyən əhalinin maddi vəziyyətində dönüş yaratdı. Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi qabaqlayıcı tədbirlər gördü. Məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanılması istiqamətində xeyli insan son 3 ayda işləməsə də, dövlətin qayğısı sayəsində rahat və sağlam həyatını davam etdirdi. İstər vergi ödəyicisi olsun, istərsə də işsiz hamının yardımla təmin olunması 1milyon 660 min insanın məşğulluqla təmin edilməsi əhali tərəfindən rəğbətlə qarşılandı.

Bundan əlavə virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı qərarın verilməsi də prezidentin yalnız xalqın rifahı üçün düşündüyünün göstəricisidir.Təqaüd və müavinət alan 2 miliyon şəxsə ödənişlərin davamlığı təmin edildi.

Azərbaycan xalqı tarix boyu çox çətinliklərin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, hazırki narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Azərbaycan Respublikasının prezidentinin rəhbərliyi və xalqın dəstəyi ilə respublikamızda həyat yenidən öz axarına düşəcək.