Məşhur otel koronavirus səbəbindən iflas etdi

24 May 2020 10:28 (UTC+04:00)

Bildiyiniz kimi, yeni növ koronavirus (Covid-19) təhlükəsi səbəbindən tətbiq olunmuş karantin qaydaları bir çox sahəyə ciddi ziyan vurub.

Unikal.org xarici KİV-ə isitnadən xəbər verir ki, yaranan durğunluq səbəbindən məşhur şirkətlər də bağlanır. Bu dəfə Niderlandın payytaxtı Amsterdan şəhəri yaxınlığında yerləşən "Art Hotel Spaander" oteli iflas etdiyini açıqlayıb. 

21 mart tarixində fəaliyyətini dayandıran otelin rəsmi internet səhifəsində "Qonaqlarımız və işçilərimizin sağlamlığı baxımından otelin bağlanması ən doğru seçimdir" açıqlaması edilmişdi.

Qeyd edək ki, tarixi otel Volendam adlı turistlərin sıxlıqla gəldiyi qəsəbədə yerləşir.