Bakıda avtomobil 37 yaşlı kişini vurdu

24 May 2020 22:04 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

8-ci km bazarının qarşısında yolu keçən 1983-cü il təvəllüdlü Novruzov Samir Əli oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.