“Kimə lazımdır sənin avtomobilin, evin?”

18 İyul 2013 11:53 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırov özlərini ev, avtomobillə reklam edən həmkarlarından danışıb. 

MÖVQE.AZ-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə açıqlamasında müğənninin sənəti ilə gündəmə gəlməsinə üstünlük verdiyini deyib:

"Çalışıram hər zaman işlərimlə gündəmə gəlim. Müğənnilərimiz var ki, evləri, maşınları ilə özlərini reklam edirlər, bu yolla gündəmdə qalmağa çalışırlar. Kimə lazımdır sənin avtomobilin, evin? İnsanlara mahnı, klip maraqlıdır. Heç vaxt bu yolla gündəmə gəlməmişəm, gəlmərəm də".