Mədəniyyət nazirinin səlahiyyətləri heç kimə həvalə edilməyib - RƏSMİ

25 May 2020 11:40 (UTC+04:00)

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Mövqe.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.