Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

25 May 2020 22:51 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 2 672 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 273 411 test aparılıb.