Emindən “Jara” ilə bağlı açıqlama

26 May 2020 21:24 (UTC+04:00)

Xalq artisti Emin Ağalarov “Jara” beynəlxalq festivalı barədə açıqlama yayıb.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, o, tədbirin keçirilmə vaxtı barədə yazıb.

Bildirilib ki, festival 29 iyul- 2 avqust tarixində reallaşacaq. Festivalın ilk günü açılış olacaq və bu ilin super hitləri Bakı səhnəsində səsləndiriləcək. 30 iyul tarixində 90-cu illərin mahnıları və Dmitri Malikovun yaradıcılığına müraciət olunacaq.

İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi və “Emin & Friends” adlı konsert baş tutacaq.

1 avqust tarixi beynəlxalq gün elan olunacaq və sənətçilər bu mövzuda səhnədə yer alacaq. Avqustun 2-də isə HammAli, Navai, İqor Krid və “Z” nəslinin ulduzlarının ifası olacaq.

Qeyd edək ki, virusla bağlı təhlükəsizlik tədbirləri görüləcək, vacib bir qərar çıxdığı təqdirdə gecə avqustun sonunadək təxirə salınacaq.