Masallıda Ramazan bayramı və Respublika Günü münasibətilə tədbir

27 May 2020 11:05 (UTC+04:00)
Xəbər verdiyimiz kimi Ramazan bayramı və Respublika Günü ilə əlaqədar elan olunmuş qeyri-iş günlərində vətəndaşların asudə vaxtının səmərəli təşkil olunması və Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaları məqsədi ilə Masallı rayon Heydər Əliyev Mərkəzində 25-28 may tarixi günlərində  "Açıq qapı" günləri elan olunmuşdur.
Masallı rayon Heydər Əliyev Mərkəzində tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilir.
Qeyd edək ki, 25-də Masallı rayon Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri Masallı rayon Heydər Əliyev Mərkəzini ekskursiya ediblər.
ƏLİHÜSEYN ŞÜKÜROV.