Bakıda mənzildən qadın meyiti tapıldı

27 May 2020 12:10 (UTC+04:00)

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Suslova İrina Anatolyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.