Daşkəsəndə 5 yaşlı uşağı avtomobil vurub

27 May 2020 18:00 (UTC+04:00)

Daşkəsən rayonunda azyaşlı piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun girişindəki Bayraq meydanı ərazisində qeydə alınıb. 

Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yusif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən onu "VAZ-21015" markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.