Premyer Liqa klubu Koutinyo üçün danışıqlara başladı

27 May 2020 23:25 (UTC+04:00)

Barcelona-nın yarımmüdafiəçisi Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Newcastle Koutinyonun xidmətində maraqlıdı. Artıq tərəflər arasında danışıqlar başlayıb.

"Sağsağanlar"ın potensial sahiblərinin transfer siyahısının ilk sıralarında braziliyalı futbolçunun adı var.

Newcastle-ın sahibi Mayk Eşlinin 300 milyon funt qarşılığında klubu Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fonda satmağa razılıq verdiyi bildirilir. Satış hələlik Premyer Liqa rəhbərliyi tərəfindən təsdiqlənməyib.

Bayern Münich-də icarə əsasında çıxış edən Koutinyo cari mövsümdə 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.