Astarada çaydan qadın meyiti tapılıb

18 İyul 2013 14:47 (UTC+04:00)

Astara rayonu ərazisindən keçən çayda Ağstafa rayon sakininin meyiti tapılıb. Mövqe.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 17-də Astara rayonunun Pensər kəndi ərazisindən keçən çayda Ağstafa rayon sakini Nazilə Əliyevanın üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb.


Faktla bağlı araşdırma aparılır.