Yarışlar bərpa olunur - Qərargah açıqladı

29 May 2020 18:42 (UTC+04:00)

İri ticarət mərkəzləri və mollarda əyləncə mərkəzləri, kinoteatrlar və iaşə obyektləri fəaliyyət göstərməyəcək.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, bu qaydalara əməl etməyən obyekt sahibləri inzibati məsuliyyətə cəlb olunacaq.

Açıq havada idman yarışlarının təşkilinin yaxın zamanda bərpa olunacağını qeyd edən qurum rəsmisi bu barədə yaxın zamanda məlumat veriləcəyini bildirib:

"Qapalı idman müəssisələrində fəaliyyətin bərpa olunması gözlənilmir".