Qayda pozan şəxslərin görüntüsü bu sayta göndəriləcək

29 May 2020 19:01 (UTC+04:00)

Koronavirusinfo.az saytında vətəndaşların qaydaları pozanların görünütülərini göndərməsi üçün şərait yaradılıb.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bununla qaydaları pozan şəxslər ictimai qınaq obyektinə çevriləcək. Bu görüntülərdən media qurumları istifadə edə biləcək".

Qurum rəsmisi əlavə edib ki, yoluxma halları artarsa, qarşıdakı aylarda gözlənilən bayram günlərində küçəyə çıxma qadağası, hərəkətin məhdudlaşırılması həyata keçirilə bilər.