Bayramda küçəyə çıxmaq qadağan edilə bilər - Rəsmi

29 May 2020 19:35 (UTC+04:00)

Bütün ölkə ərazisində sərt karantin rejimin bərpası gündəm mövzusu deyil.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Ayrı-ayrı bölgələrdə sərt karantin rejimi tətbiq oluna bilər. Eyni zamanda, bayram günlərində küçəyə çıxma qadağası tətbiq oluna bilər. Bu isə yoluxma halları 200-dən artıq olduğu halda tətbiq ediləcək"