ABŞ-dan çarter reysləri təşkil olunacaq - Qərargah

29 May 2020 19:51 (UTC+04:00)

İctimai iaşə müəssisələrində karantin rejimi qaydalarına əməl olunmasına nəzarət edən şəxs olmalıdır. Bu barədə metodoki göstərişlərdir məlumat qeyd olunmalıdır.

Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, iyunun ilk 10 günlüyündə ABŞ-dan çarter reyslərinin təşkili nəzərdə tutulur:

"Səfirlik həmin şəxslərə reyslərin təşkili ilə bağlı məlumat verəcək. Londondan isə sabah ölkəmizə vətəndaşların gətirilməsi gözlənilir".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, iaşə obyektlərində qaydalara riayət edilməsi üçün dövlət qurumları və hüquq mühafizə orqanları var.