Bakıda avtobusun vurduğu piyada hadisə yerində öldü

29 May 2020 20:40 (UTC+04:00)

Xətai rayonu ərazisində “Daewoo” markalı avtobusla yolu keçən F.Qurbanov vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, mayın 28-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Xətai RPİ tərəfindən araşdırma aparılır.