Dostlar arasında dava qanla nəticələndi

30 May 2020 11:21 (UTC+04:00)

Bu gecə Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib.

Mövqe.az report-a istinadən xəbər verir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb.

1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.