Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılır

30 May 2020 15:00 (UTC+04:00)

Aparılan təmir işləri ilə əlaqədar İstiqlaliyyət küçəsi ilə BMT-nin 50 illiyi küçəsinin kəsişməsində bu gün avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mövqe.az-a bildirilib ki, buna görə də, sürücülərdən alternativ olaraq Lermontov və Bünyad Sərdarov küçələrindən istifadə etmələri xahiş olunur.