Tatyana Anodina Prezident İlham Əliyevi təbrik etdi

30 May 2020 15:15 (UTC+04:00)

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Mövqe.az xəbər verir ki, təbrikdə deyilir:

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizi dövlət bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycanın hərtərəfli inkişafı və firavanlaşması naminə zəfərlər, başınız üzərində daim aydın səma olmasını diləyirəm.