Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı

30 May 2020 17:22 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş M.Nəzərlinin və narkotik vasitə ilə tutulmuş S.Abbasovun Lənkəran rayonu ərazisində bir neçə digər oğurluq hadisələrini törətmələri də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.Nəzərlinin və narkotik vasitə ilə tutulmuş S.Abbasovun ətraflarında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisində 4 həyətyanı sahədən velosiped, 4 evdən qızıl-zinət və məişət əşyaları, 1 köşkdən isə 1000 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən edilib.