Balakəndə bir evin həyətində çətənə kolları aşkarlanıb

30 May 2020 18:59 (UTC+04:00)

Balakən rayonunda yaşayan R.Yetərovun evinin həyətyanı sahəsində yetişdirilmiş çətənə kolları götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Mahamalar kəndində kirayədə yaşayan R.Yetərovun evinin həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.