Koronaya yoluxanların ağciyərləri barədə açıqlama

30 May 2020 21:00 (UTC+04:00)

Rusiyada koronavirusu ağır formada keçirən xəstələrin 53 faizinin ağciyərlərində sağaldıqdan sonra heç bir dəyişiklik qeydə alınmayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Baş pulmonoqu Sergey Avdeev deyib.

O bildirib ki, koronavirusu ağır formada keçirən xəstələrin yarısında onun ağır nəticələri müşahidə edilməyib.