Bakıda 22 yaşlı qadının meyiti tapıldı

31 May 2020 11:28 (UTC+04:00)

Bakının Nəsimi rayonunda faciəli hadisə baş verib.

Mövqe.az xəbər verir ki, rayonun Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da yaşayan 1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti hamamda tapılıb.

Onun dəm qazından boğulduğu məlum olub.

Aydan Allahverdiyeva həmin ünvanda ailəsi ilə birlikdə kirayədə yaşayırmış.

Faktla bağlı cinayət işi başlanıb.