Ölkə iqtisadiyatının dinamik inkişafı istiqamətində həyata keçirilən islahatlar

31 May 2020 18:31 (UTC+04:00)

Son illər ölkə iqtisadiyyatında ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar həm ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması, həm də iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində aparılmışdır. Bunun nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflıq ciddi şəkildə artmışdır.

Əmək haqqı fondu ağarmışdır. Əmək müqavilələrinin sayı artmışdır. Bu artımın böyük bir hissəsi özəl sektorun payına düşmüşdür.

İş yerlərinin və işçilərin əmək haqqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqamətidir.

Pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxs işsizlik riskindən qorundu, ona görə ki, onların məşğulluğu təmin edildi.

Əvvələr qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində təmin edildi.

Prezident cənab İlham Əliyev keçirdiyi növbəti iclasda aztəminatlı təbəqənin nümayəndələrinə, işini müvəqqəti itirənlərə iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsaitin verilməsini tapşırdı. Beləliklə, onların da problemlərini dövlət öz üzərinə götürdü.

Koronavirus dövründə də həmişə olduğu kimi dövlət başçısı xalq ilə həmrəylik nümayiş etdirdi və bu həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.

Ölkə başçısının qeyd etdiyi kimi, “ burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar ”.