Portuqaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik etdi

31 May 2020 12:43 (UTC+04:00)

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Mövqe.az-ın məlumatına görə, mətndə deyilir: 

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".