Aygünün “Coffee from Columbia” klipi rekord qırıb

18 İyul 2013 16:09 (UTC+04:00)

Xalq artisti Aygün Kazımovanın dünyaca məşhur reper Snup Doqla çəkildiyi "Coffee from Columbia" klipi rekord qırıb. 


Mövqe.az-ın məlumatına görə, iki gün içərisində klipin "Youtube"da izlənmə sayı yüz mini ötüb. 


Yeni klipi ilə bağlı təəssüratlarını "Onlar" verilişində bölüşən xalq artisti gələcək planlarından söz açıb:

"Çox xoşbəxtəm, gözlədiyim kimi maraqla qarşılandı. Bu, hələ ilk addımlardır. Qarşıda böyük, maraqlı layihələr var. Avqustun 14-də klipin və albomun böyük təqdimat mərasimini keçirəcəyik. 50 nəfərdən ibarət yaradıcı heyətlə birlikdə möhtəşəm gecə hazırlayırıq. Los-Ancelesdən qonaqlar gələcək. Səhnədə özəl rəqqasələrin müşayiəti ilə mahnılar ifa edəcəm. Bu layihələrlə mən heç vaxt əldə edə bilmədiyim arzularıma çatacam".