Rafet El Romanın möhtəşəm konsertinə saatlar qaldı

18 İyul 2013 16:14 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə bu gün 20:00-da Rafet El Roman və Azərbaycan əsilli Ezo Yaşıl teatrda konsert verəcək. Konsertdən özəl görüntüləri mövqe.az sizərə təqdim edəcək. Hələki məşqlər davam edir. 

Qeyd edək ki, "Romantik yay axşamı " adlanan konnsertin aparıcısı Nanə Ağamalıyeva, xüsusi qonağaı isə müğənni Aygün Kazımovadır. Möhtəşəm şou, xüsusi performanslar, öz dilimizdə və türk dilində gözəl ifalar vəd edən müğənni artıq Bakıdadır. Konsertin biletləri 20-80 manat arasındadır. Son biletləri kasslardan əldə edə bilərsiniz. Konsertin informasiya dəstəkçisi mövqe.az saytıdır.