Rusiyada bir gündə 138 nəfər koronavirusdan öldü

31 May 2020 16:34 (UTC+04:00)

Rusiyada son 24 saat ərzində daha 138 nəfər koronavirusdan ölüb.

Mövqe.az xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarınıns sayı 4 693-ə çatıb. Eyni zamanda son gündə 9 268 yeni yoluxma halı qeydə alınıb

Beləliklə, Rusiyada "Covid-19"a yoluxanların sayı 405 843-ə yüksəlib. Qeyd edək ki, Rusiya artıq koronavirusa yoluxanların ən çox olduğu 3-cü ölkədir.