Mehriban Əliyeva uşaqları təbrik etdi

1 İyun 2020 00:39 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edib.

Mövqe.az xəbər verir ki, o, təbrikini İnstaqram hesabında paylaşıb.

“Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!” - M.Əliyeva qeyd edib.