2013/2014-cü tədris ili üçün orta məktəblərdə tətillərin vaxtı açıqlanıb

18 İyul 2013 16:32 (UTC+04:00)

Təhsil Nazirliyi 2013-2014-cü tədris ili üçün Azərbaycanın orta məktəblərində dərs məşğələləri və tətillərin vaxtını açıqlayıb.


Təhsil Nazirliyindən Mövqe.az-a verilən xəbərə görə, nazirliyin tədris planlarına dair qeydlərində qeyd olunur ki, dərs ili I siniflərdə 31, II-XI  siniflərdə 32 tədris həftəsindən ibarətdir. Orta məktəblərdə dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Belə ki, birinci yarımil 15 sentyabr – 29 dekabr, ikinci yarımil isə 6 yanvar – 31 may tarixlərində olacaq. Dərs ili ərzində şagirdlər üçün tətillərin vaxtı da müəyyən olunub. Belə ki, payız tətili 12–17 noyabr (6 gün), qış tətili 30 dekabr – 5 yanvar (7 gün), I sinif şagirdləri üçün əlavə tətil 12–17 fevral (6 gün), yaz tətili isə 17–24 mart (8 gün) tarixlərində olacaq.