Prezident Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşdü

1 İyun 2020 12:42 (UTC+04:00)

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Mövqe.az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Maliyyə naziri Samir Şərifov iştirak edib.